QROT (ZAĞA)

(ital. qrotta) 1) alçaq tağvari tavanlı və geniş çıxışı olan dayaz mağara; 2) dar keçiddən sonra mağaranın genişlənməsi; 3) Buz Q.-buzlağın axırında ərinti suların çıxdığı oyuq. грот grotto
QRİFON
QRUNT
OBASTAN VİKİ
Zağa
Zağə
Nis Qrot
Nis Qrot (d. 4 may 1988) — Niderlandı təmsil edən həndbolçu. Nis Qrot Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Zağa (Qoşaçay)
Zağa (fars. زاغه‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 315 nəfər yaşayır (64 ailə).
Zağa (Xoy)
Zağa (fars. زاغه‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (7 ailə).
Ana zağa düşərgəsi
Ana zağa düşərgəsi və ya Ana zağa mağarası — Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində təbii sığınacaq, mağara. Yarıaçıq mağaranı xatırladan bu boşluğun divarlarında və onlara bitişik dağlarda çoxsaylı qədim təsvirlər mövcdu olduğuna görə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən bu yerə "Ana zağa" adı verilmişdir. Ana zağa düşərgəsi Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində qədim qayaüstü təsvirlər qeydə alınmış 29, 30, 31, 32 nömrəli qayaların arasında əmələ gəlmiş iri ölçülü iki gözdən ibarət qayaaltı boşluqda aşkar edilmişdir. Arxeoloji qazıntılar nəticəsində Ana zağanın çöküntülərində litoloji cəhətdən fərqlənən üç əsas mədəni təbəqə aşkar edilmişdir. Onlardan qazıntı sahəsinin orta hissəsində aşkar edilmiş alt (Mezolit) və orta (Neolit) mədəni təbəqələr Neolitin sonundan ilk orta əsrlərə qədərki dövrlərə aid olan üstdəki qarışıq təbəqədən 10 sm qalınlığındakı həyat izi olmayan təbəqə ilə ayrılırdı. Mezolit dövrü materialları saxlanmış alt təbəqənin qalınlığı 1 metr, bəzən 1,2 metrə qədər idi. Bu təbəqə rəngi boza çalan, sementləşmiş, içərisində qaya - əhəngdaşı qırıqlarına rast gəlinən gillicədən iabrət idi. Mezolitin sonu ilə ilk Neolit dövrünə aid orta təbəqə ilə alt, Mezolit dövrü təbəqəsi arasında lal təbəqə yoxdur. Orta təbəqə alt təbəqəyə nisbətən yumşaq, qəhvəyi rəngə çalan 0,2-0,6 metr qalınlığındakı torpaq qatından ibarətdir. Ana zağ düşərgəsində Daş dövrünə aid mədəni təbəqələr (alt və orta) düşərgənin əsasən orta hissəsində, onun şimal divarını təşkil edən 30 nömrəli qayanın cənub dibində, 1965 və 1966-cı illərdə qazılmış sahədə aşkar edilmişdir.
Zağa Polad (Bicar)
Zağa Polad (fars. زاغه فولاد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 89 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər təşkil edir.
La-Balm-le-Qrot
La-Balm-le-Qrot (fr. La Balme-les-Grottes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38026. Kommunanın 1999-cu il üçün əhalisi 675 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 192 ilə 383 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 40 km cənub-şərqdə, Qrenobldan 80 km şimalda yerləşir.